Biz birik və bir yoldayıq. Uğurun əsas açarlarından birinin komanda ruhu olduğunu bilirik. “Ferrum”da ideya azadlığı və bütün fərqli fikirlərə tolerantlıq var. Çünki biz birlikdə yol gedirik, bir-birimizə öyrədərək öyrənirik, inkişaf edirik.
275 nəfərlik əməkdaş heyətimizlə birlikdə, həm də yeni istedadlar axtarışındayıq.
Biz dinamik şirkət olmağın sirrini gənclərlə birgə çalışmaqda görürük. Hazırda 275 nəfərlik əməkdaş heyətimizin ortalama yaş göstəricisi 27-dir.
Ferrum ailəsinə yeni fikirlərlə gəlmiş təcrübəçilərin işlə təmin olunma göstəricisi 60%-dən yüksəkdir.
İnsan resursları şöbəsinin əməkdaşları və müraciət etdiyin vakansiya üzrə mütəxəssislərlə birgə müsahibə mərhələsində iştirak et.
Müsahibədən uğurla keçdiyin halda iş təklifi alaraq “Ferrum” ailəsinə qoşulmaq yolunda irəlilə.
İnsan resursları şöbəsinin əməkdaşları və müraciət etdiyin vakansiya üzrə mütəxəssislərlə birgə müsahibə mərhələsində iştirak et.
Müsahibədən uğurla keçdiyin halda iş təklifi alaraq “Ferrum” ailəsinə qoşulmaq yolunda irəlilə.
Məqsədimiz özünü inkişaf etdirərək karyera yüksəlişini qazanmaq istəyən namizədlərin müraciət etdiyi ən öncül şirkətlərdən biri olmaqdır.
Bizə qoşulBurada hər şey şəffafdır. Davamlı inkişaf edən şirkət olaraq insan əlaqələrinin önəmini bilir, rəngarəng və əyləncəli iş mühitimizi hər keçən gün daha da təkmilləşdiririk.
“Ferrum Capital”a necə müraciət edə bilərəm?
Hörmətli namizəd, saytımızın vakansiyalar bölməsindən özünüzə uyğun bildiyiniz vakansiyalara müraciət etməklə, o cümlədən elektron poçt ünvanımıza vakansiya başlığını qeyd etməklə CV-nizi yollayaraq müraciət edə bilərsiniz.
Aktiv vakansiyaları haradan izləyə bilərəm?
Şirkətimizdəki aktiv vakansiyaları saytımızdan, sosial şəbəkələrimizdən (xüsusilə "LinkedIn"), "Telegram" kanalımızdan və həmçinində digər iş elanı saytlarından izləyə bilərsiniz.
Müraciət etdiyim təqdirdə geri dönüş hansı müddətdə olacaq?
Vakansiyalara müraciət etdikdə sizin CV-niz bizim bazamızda toplanır və ilkin seçim prosesində sizin səriştələriniz ilə vakansiya tələblərinin uyğunluğu yoxlanılır. Qeyd etmək istəyirik ki, yalnız ilkin seçim prosesində uğurlu olan namizədlərə geri dönüş edilir.
Müsabiqə hansı mərhələlərdən ibarətdir?
İlkin seçim mərhələsindən sonra uyğun olan namizədlərlə müsahibə mərhələsi, bəzi texniki bilik tələb edən vakansiyalarda isə müsahibə mərhələsindən sonra uyğun namizədlərlə test mərhələsi həyata keçirilir.
Namizədlərdən hansı keyfiyyətlər tələb olunur?
Namizədlərin səriştələrindən əlavə şəxsi keyfiyyətlərinə də önəm verilir. Dürüstlük, korporativ ruh, innovativlik uğurlu namizəd olmaq üçün əsas göstəricilərdir.
Müsabiqə nəticələri barədə məlumat hansı formada və müddətdə bildiriləcək?
Müsabiqədə iştirak etmiş bütün namizədlərə həm müsbət, həm mənfi halda geri dönüş edilir. Bu proses isə maksimum 7-10 gün ərzində həyata keçirilir. Nəticələr telefon zəngi və ya elektron poçt vasitəsilə bildirilir.
Eyni anda bir neçə vakansiyaya müraciət etmək mümkündürmü?
Namizədlərə yalnız öz bilik və bacarıqlarının uyğun olduğu vakansiyalara müraciət etmələri tövsiyə olunur. Əgər özünüzə bir-biri ilə əlaqəli bir neçə vakansiyanı uyğun görürsünüzsə, müraciətdə heç bir məhdudiyyət qoyulmur.
Daha əvvəl müsabiqədə namizədlik uğursuz olmuşsa, yenidən müraciət etmək mümkündürmü?
Daha əvvəl müsabiqədə uğursuz olmuş namizədlər yenidən müraciət etdikdə onların müraciətləri yenidən dəyərləndirilir və uyğun olduğu təqdirdə geri dönüş edilir.
Təcrübə proqramına müraciət etdikdə daha sonra karyera imkanları yaradılırmı?
Şirkətimizdə təcrübə proqramına müraciət etmiş təcrübəçilər bu proqramı uğurla başa çatdırdıqda onların səriştələrinə uyğun aktiv vakansiyalar mövcuddursa, həmin təcrübəçilərə karyera imkanları yaradılır. Onu da qeyd etmək istərdik ki, bu günə qədər şirkətimizdə bir çox təcrübəçilərə real iş imkanları yaradılmışdır.
Elektron poçt ünvanını qeyd et və aktiv vakansiyaları elan edildiyi gün poçt ünvanınıza göndərək. Beləcə biz sənə vakant yerlərlə bağlı e-poçt göndərərək müraciəti daha əlçatan edirik.
Elektron poçt ünvanını qeyd et və aktiv vakansiyaları elan edildiyi gün poçt ünvanınıza göndərək. Beləcə biz sənə vakant yerlərlə bağlı e-poçt göndərərək müraciəti daha əlçatan edirik.
Şirkətimizdə aktiv vakansiyalar olduğu zaman artıq ilk sən xəbər tutacaqsan. “Ferrum” sənə öz bacarıqlarını kəşf etməkdə yardımçı olacaq.