31.08.2022

Yeni iş yerində işə başlayarkən diqqət etməli olduğunuz 5 məqam

     Yeni işə başlayarkən stres və gərginlik yaşaya bilərsiniz. Çox vaxt nə edəcəyinizi, necə davranacağınızı bilməyə və yad mühitin fərqliliyini hiss edə bilərsiniz. Bu yazıda sizə yeni işə başladığınız zaman işə uyğunlaşmağınıza kömək edəcək 5 məsləhət verəcəyik.

  1. Yuxu rejiminizi tənzimləyin. Yeni işə başlayarkən yaxşı yuxunun vacibliyini anlayın. Gümrah bədən, zehin, əhval-ruhiyyə - bunlar ilk iş gününüz üçün vacib olacaq. Zehninizin aydın olması ilk iş günündə çoxlu insanla tanış olmaq və yeni şeylər öyrənməyinizə kömək edəcək. Buna görə də gümrahlıq mütləqdir. İşə başlamazdan bir həftə əvvəl yuxu rejiminizi düzgün tənzimləyin.
  2. Stressiz olun və fokusunuzu pozmayın. İlk iş günü hər kəs üçün çətin olur. Çünki burada tanımadığınız insanlar, sizə tanış olmadığınız bir mühitlə qarşı-qarşıyasınız. Sakitliyinizi qorumağa çalışın, insanlara gülümsəyin, lazım olduqda onlara təşəkkür edin, soruşun və təmkinlə danışmağa çalışın. Lazımsız stress bədəninizə mənfi təsir göstərə bilər. Nəzərə alın ki, bu şirkətdə hər kəsin bir zamanlar ilk iş günü olub. İnsanlar sizi anlayacaq.
  3. Geyimə diqqət edin. İlk iş günündə təmiz və dəbli olmaq çox vacibdir. Əslində hər iş günü üçün vacibdir, amma ilk iş gününün mənası bir az fərqlidir, çünki diqqət sizdə olacaq. İş yerində sərbəst geyim tərzinə icazə verilirsə; sadə paltar seçin. Mümkünsə, bu geyim tərzini hər iş günü üçün tətbiq edin və lazımi diqqəti yetirin
  4. Marşrutunuzu doğru planlaşdırın. Yeni işə başlayarkən ən çox yayılmış səhv işin ilk gününə gecikməkdir. Əgər işə getmək üçün şəxsi avtomobilinizdən və ya ictimai nəqliyyatdan istifadə edəcəksinizsə, vaxtınızı düzgün hesablayın. İlk gün işə gecikmək xoş təəssürat yaratmayacaq. İctimai nəqliyyatla bağlı özünüz üçün ən azı iki fərqli marşrut yaradın. Tək bir marşruta bağlı qalmayın ki, insanların sıx olduğu yerlərdə problem yaşamayasınız. Yol qəzaları, nəqliyyatın sıxlığı, ictimai nəqliyyatda nasazlıqlar və bu kimi problemlər başınıza gələ bilər. Öz avtomobilinizlə gedirsinizsə, yolu bilən birindən fərqli marşrut variantları alın və ya onlayn xəritə proqramlarından yararlanın.
  5. Soruşmaqdan qorxmayın. Həmkarlarınızı müşahidə edin, nahar fasilələri zamanı onlarla söhbət etməkdən və suallar verməkdən çəkinməyin. Biznesdə effektiv ünsiyyət qurmağın yollarını öyrənin. Yeni işə başlayarkən görəcəyiniz iş haqqında qısa suallar verin, işəgötürən haqqında qısa məlumat alın, bir gün əvvəl araşdırma aparın. Ən əsası, nəyi, necə və harada öyrənməkdir. Mətbəx, tualet, təcili çıxışlar, ilk yardım dəstinin yeri kimi vacib detallara diqqət edin. 

Yeni işə başlayarkən stres və gərginlik yaşaya bilərsiniz. Bu yazıda sizə yeni işə başladığınız zaman işə uyğunlaşmağınıza kömək edəcək 5 məsləhət verəcəyik.

Resurslar

Kəşf et